Global Witness təşkilatının “Anonim Azərbaycan” adlı qərəzli və qeyri-düzgün olmayan, yanlışlarla dolu hesabatı bizi təəccübləndirdi və məyusluğa uğratdı.
Hesab edirik ki, “Şəffaflıq məsələlərinə dair ictimai maraqlara uyğun fəaliyyət göstərən tanınmış beynəlxalq QHT” olduğunu iddia edən bir təşkilat, SOCAR – i yanlışlıqla tənqid edən hesabat hazırlamışdır. Bu hesabat sənədlərin çox seçmə şərhinə və yanlış fəaliyyət təəssüratı yaradan səthi sualların diqqətlə seçilməsinə əsaslanır.
Satınalma və hasilatın pay bölgüsü sazişlərini tənzimləyən Azərbaycan qanunvericiliyi ictimaiyyət üçün açıqdır. Lakin, Global Witness bu materialı görməməzlikdən gəlir və təkrarən SOCAR – ın iş fəaliyyətinə dair neqativ təəssürat yaratmaq məqsədi ilə açıq tender məsələsini qaldırır.
Aşağıdakı bölmə Global Witness tərəfindən qaldırılan “məsələləri” əhatə edir və əsasən onların çaşdırıcı hesabatında qeyd edilən bölmələrə uyğundur. SOCAR Global Witness – in hesabatında edilən əsassız spekulyasiyaya qarşı müdafiədən daha çox əsl şəffaf formada hərəkət edir. Bunu yadda saxlamaqla, biz aşağıda verilən bütün izahatları açıq elan etmişik və şərhlər və əlavə suallarla bağlı bizimlə birbaşa əlaqə yaratmaq üçün kanal yaratmışıq.
Ümid edirik ki, bu informasiyaları oxuduqdan sonra, hər hansı müstəqil müşahidəçi SOCAR – ın işgüzar etikasına dair öz qənaətini və bu cür qərəzli hesabat dərc edən Global Witness – in arxasında hansı mümkün motivasiyanın olduğuna dair öz fikrini formalaşdıracaq.