Anar Əlizadə Azərbaycanın tanınmış və böyük uğurlara imza atmış iş adamıdır. 2000 – ci ildən bəri Anar Əlizadə həm Azərbaycanda həm də beynəlxalq səviyyədə nəqliyyat, mənzil-tikinti, neft və qaz avadanlıqlarının treydinqi və elektronika kimi müxtəlif fəaliyyət sahələri ilə uğurla məşğul olmuşdur. Onun şirkətləri dünyada tanınır və və əsas ana şirkəti olan Union Grand Energy PTE Ltd şirkəti, Azərbaycanda nümayəndəliyə malik olmaqla, biznesin həyata keçirilməsi üçün dünyanın ən açıq və şəffaf yerlərindən biri olan Sinqapurda qeydiyyatdan keçmişdir. Anar Əlizadə bütün fəaliyyətini Azərbaycan qanunvericiliyinə, eləcə də beynəlxalq hüquqi standartların tələblərinə uyğun olaraq həyata keçirir. O, Azərbaycandan kənarda əldə edilən gəlirlərini tam şəkildə açıqlayır və bütün dünyadakı gəlirlərinə tətbiq olunan gəlir vergisini Azərbaycanda ödəyir.
A.Əlizadə öz şəxsi tərcümeyi-halını və biznes müəssisələrinin tarixçəsini Business Time və Azeri Daily, eləcə də, yenidən nəşr olunmağa başlayan Oil & Gas Journal dərgisinə, Energy Business Review mətbu orqanına verdiyi müsahibələrində açıqlayır. Anar Əlizadə barədə əlavə məlumatı onun şəxsi veb-saytında ətraflı şəkildə əldə etmək mümkündür.
SOCAR Anar Əlizadə ilə əməkdaşlığa onun geniş biznes əlaqələrinə və bu sahədə beynəlxalq səviyyədə əldə etdiyi böyük nailiyyətlərə görə başlayıb. SOCAR 2000 – ci illərdən etibarən Anar Əlizadə ilə işgüzar münasibətlərə malikdir. Bununla yanaşı, Anar Əlizadə Azərbaycan vətəndaşıdır, SOCAR Azərbaycan mallarının və xidmətlərinin maksimuma çatdırılması və yerli sahibkarlıq subyektlərinə təkan verilməsinə dair dövlətin vəzifəsinin icrasını təmin edir.
Anar Əlizadənin SOCAR-ın nə sabiq, nə də indiki rəsmi və vəzifədə olan şəxsləri ilə heç bir qohumluq əlaqələri yoxdur. O, etibarlı və uğurlu biznes tərəfdaşı olduğunu biznes əməkdaşlığı ərzində illərdir ki, tam sübuta yetirə bilib.