Aşağıda verilənlərin məqsədi Sumato Energy Group Ltd şirkəti ilə SOCAR arasındakı əlaqəni açıqlamaqdır.
Dövlət şirkəti olaraq SOCAR əks tərəfdaşları ilə münasibətdə uyğunluqlar və araşdırmalar (compliance and due diligence) və zəruri ehtiyatlılıq prosedurlarına çox diqqət yetirir. Neft sənayesi Azərbaycan üzrə strateji sahə olduğundan və geosiyasi gerçəklikləri və Ermənistanla həll olunmamış münaqişənin olmasını nəzərə alaraq, biz həmişə uyğunluq prosedurlarına çox diqqət yetiririk.
Bazarların araşdırılması və neft xam neftin treydinq şirkətlərinə, o cümlədən əsas beynəlxalq treydinq neft şirkətlərinə satışına görə məsul olan SOCAR – ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (SOCAR MO) həmin bazar araşdırmaları zamanı əldə edilən ən uyğun qiymət əsasları ilə xam neft yüklərinə dair müqavilə bağlayır. SOCAR MO tərəfindən aparılan bazar araşdırmalarının nəticəsində müqavilələrin bağlanmasına dair əsas tələblərə aşağıdakılar daxildir: iddiaçılar tərəfindən təklif edilən ən uyğun qiymət (müvafiq qiymət təklifləri əsasında müəyyən edilir) və birinci kateqoriyadan olan beynəlxalq bankda akkreditivin açılması qabiliyyəti. Birinci kateqoriyadan olan beynəlxalq bankda akkreditivin açılması tələbi (eləcə də iddiaçılara şamil olunan digər bir neçə tələb) SOCAR – a göstərir ki, iddiaçı yaxşı işgüzar nüfuza malikdir və nüfuzlu banklarda uyğunluq və müvafiq zəruri ehtiyatlılıq prosedurlarından keçmişdir.
Bazar araşdırmalarının qalibləri olan şirkətlərə nümunə olaraq, Glencore, Addax Petroleum Corp., Vilma Oil, Arcadia Petroleum Ltd., OMV Supply & Trading AG, Vitol SA, Royal Dutch Shell şirkətinin treydinq bölməsi, BP Oil International Ltd., Exxon Mobil Sales və Supply LLC, IPC Europe Limited (Itochu-nun törəmə şirkəti), Statoil ASA, Petro Diamond Company Ltd (Mitsubishi – nin törəmə şirkəti) və Oil Refiners Limited (İsrail) şirkətlərinin adını çəkə bilərik.
2006 – cı ildə Sumato Energy Group şirkəti SOCAR – dan ilk dəfə olaraq 80,000 ton Azəri layt neftinin alınması üçün SOCAR MO bazar araşdırmasının qalibi oldu. Sumato Energy PTE şirkəti ilə yalnız bazar araşdırmaları zamanı uğurlu tenderin və onun tender təkliflərinin cəlbediciliyi nəticəsində müqavilələr bağlanmışdı. Bütün tenderlər SOCAR -ın və açıq tender prosedurları üzrə qüvvədə olan Azərbaycan normalarına əsasən aparılmışdı. Sumato Energy şirkəti ilə əlaqədar olaraq onuna hər hansı müqavilənin bağlanmasından əvvəl zəruri uyğunluq təmin edilmiş və onun son benefisiar mülkiyyətçiləri müəyyən edilmişdi. SOCAR müəyyən etdi ki, Sumato Energy Group Ltd 2005 – ci ildə Yeni Zelandiyada təsis edilmişdir və eyni brend adı altında əlavə şirkətlər Sinqapurda, İsveçrədə və BƏƏ – də qeydiyyatdan keçmişdir. Aparılan zəruri yoxlama prosedurları sayəsində, Anar Əlizadənin Sumato Energy şirkətinin benefisiar mülkiyyətçisinin olmaması məsələsi SOCAR məlum olmuşdu. Eyni zamanda, SOCAR məxfilik müqavilələri ilə öhdəlik daşıyır və hər hansı üçüncü tərəfin son benefisiar mülkiyyətçisinin kimliyini açıqlaya bilməz. Bununla yanaşı, SOCAR və ya onun törəmə şirkətləri Sumato Energy Group şirkəti ilə heç bir əlaqəyə malik deyildi, şirkət haqqında əlavə məlumat əldə etmək üçün, birbaşa onların özü ilə əlaqə saxlamaq tövsiyə olunur.