Aşağıda qeyd edilənlərin məqsədi ” SOCAR International DMCC” şirkətinin yaranma tarixini və məqsədini oxuculara çatdırmaqdan ibarətdir.
2011-ci ildə SOCAR Şirkətlər Qrupu Birləşmiş Ərəb Əmirliklərində SOCAR-ın brend şirkəti olan SOCAR International DMCC birgə müəssisəsini yaratdı. İlkin missiya strateji hesab edilən Yaxın Şərq regionunda ticarət biznesini inkişaf etdirməkdən ibarət idi. SOCAR Trading birgə müəssisəsinin uğurlarından sonra, eyni biznes prinsipləri də Yaxın Şərqdəki bu birgə müəssisə üçün tətbiq edildi. SOCAR yenə də səhmlərə nəzarətin 50%-ni özündə saxladı, yerdə qalan digər 50% isə özünün Petroline DMCC şirkəti vasitəsilə Anar Əlizadənin tabeliyinə keçdi. Anar Əlizadə Birləşmiş Ərəb Əmirliklərində 7 ildən artıq biznes təcrübəsi olduğu üçün, eləcə də, SOCAR-la SOCAR Trading şirkətində birgə əməkdaşlıq zamanı müsbət və uğurlu əlaqələr qura bildiyinə görə, həmçinin Azərbaycanlı iş adamlarına biznesdə üstünlük verilməsi ilə əlaqədar dövlət proqramını əldə rəhbər tutaraq, yeni birgə müəssisənin tərəfdaşı seçildi. SOCAR International DMCC Birləşmiş Ərəb Əmirliyində, Dubayda 2011-ci ilin iyun ayında qeydiyyatdan keçdi.
SOCAR International DMCC birgə müəssisəsinin iki əsas biznes missiyası mövcud idi. Onlardan biri Fuceyra neft terminalının yaradılmasından ibarət idi. Digər məqsəd isə regionda sağlam və möhkəm ticarət əməkdaşlığı qurmaq idi. İkinci məqsəd regionda neft terminalına sahib olduqdan sonra gerçəkləşdirilməsi mümkün bir proses idi.
SOCAR International DMCC Fuceyra neft terminalının tikintisinin gerçəkləşdirilməsi üçün Yaxın Şərq mənşəli investorla bərabər birgə müəssisənin yaradılmasına qərar verdi. Bu Yaxın Şərq tərəfdaşı razılaşmaya əsasən, Fuceyra neft terminalının səhmlərinin 45%-nə nəzarət etmək hüququ əldə etdi, SOCAR International DMCC isə terminalın səhmlərinin 45%-nə nəzarət əldə etdi. Yəni SOCAR və A.Əlizadə hər biri terminalın səhmlərinin 22,5%-ni əldə etdilər. Qalan 10%-ə sahiblik Fuceyra Əmirliyində mövcud olan biznes qaydalarına əsasən, Fuceyra Neft Şirkətinə (Fujairah Petroleum Company) verildi. SOCAR məxfiliyin qorunması sazişlərinə imza atdığından, Yaxın Şərqdə birgə müəssisə yaratdığı tərəfdaşın adının açıqlanması qeyri-mümkündür.
SOCAR International DMCC 2012 – ci ilin mart ayında I Mərhələnin sona çatmasından bir neçə ay əvvəl yaradıldı. Terminalın qurulması borc və adi səhmin qarışığı vasitəsi ilə maliyyələşdirilmişdir. Təbii olaraq, borc təminatçıları bu miqyaslı layihə üzrə müntəzəm olaraq zəruri ehtiyatlılıq prinsipini həyata keçirmişdir. II qurma mərhələsi Fujairah Terminalının cəmi həcmini demək olar ki, üçqat artırmaqla, 2013 – cü ilin sentyabrında sona çatdı.
Birinci fazanın tikildiyi müddət ərzində bazarda neft məhsullarının satışı üzrə mövcud olan əlverişli şərtlər pisləşməyə başladı və rəqabət özünün son həddinə çatdı. Buna görə də, ticarət əməliyyatlarının aparılması üçün neft terminalının istifadə edilməsi artıq elə də əlverişli deyildi. Bu səbəbdən də, SOCAR International DMCC ticarət əməliyyatlarını dayandırdı və terminalı üçüncü şəxslərə saxlama terminalı kimi faydalanması üçün istifadəyə verdi.
SOCAR International DMCC ticarət əməliyyatlarını dayandırandan sonra, A.Əlizadə əməkdaşlığı davam etdirmək üçün stimulun olmaması qənaətinə gəldi. A.Əlizadə SOCAR-a müraciət edərək, SOCAR International DMCC-dən çıxmaq istədiyini bildirdi. SOCAR International DMCC-nin bu iki səhmdarı arasında Anlaşma Memorandumu 2013-cü ilin iyulunda imzalandı.
21 avqust 2013-cü ildə tərəflər səhmlərin alışı üzrə saziş imzaladılar və beləliklə, SOCAR A.Əlizadənin SOCAR International DMCC-də olan səhmlərini 23 milyon ABŞ dollarına satın aldı. 23 milyon ABŞ dolları A.Əlizadənin Fuceyra neft terminalı layihəsindəki səhm payının və aktivin balans dəyərinin 22,5%-ni əks etdirirdi. Halbuki SOCAR faktiki olaraq, səhmləri bazar dəyərindən daha ucuz qiymətə satın aldı və bir qayda olaraq, layihənin dəyəri tikinti başa çatandan sonra yüksəldi. Fuceyra neft terminalının tikintisi başa çatdıqdan sonra dəyərindən iki dəfə baha qiymətə olması nəzərdə tutulurdu.
A.Əlizadənin SOCAR International DMCC şirkətində təmsil olunduğu müddət ərzində dividendlər iki səhmdar şirkət arasında bölüşdürülürdü. SOCAR International DMCC SOCAR və Petroline DMCC şirkətlərinə 2012-ci ildə 10 milyon məbləğində, 2013-cü ildə yenə 10 milyon məbləğində dividendlər ödəyib. 2012-ci ildə A.Əlizadə dividend payının 90%-ni şirkətin gələcək inkişafı üçün ayırmaq qərarına gəldi. SOCAR öz payını nağd şəkildə aldı. 2013-cü ildə hər iki səhmdarın hər birinə onların səhm paylarının həcminə uyğun olaraq, 5 milyon dividend verildi və üstəlik A.Əlizadənin 2012-ci ildəki 90% səhm dividendləri bölüşdürüldü.
Bu gün Fuceyra neft terminalı səhmlərinin 45%-i SOCAR-ın, 45%-i Yaxın Şərqdəki ortağın və 10%-i də Fuceyra Neft Şirkətinin nəzarətindədir. Terminalda hal-hazırda Azərbaycan xam nefti saxlanılmır.
A.Əlizadənin yardımı ilə SOCAR International DMCC birgə müəssisəsi Yaxın Şərqdə ticarət imkanlarına yiyələndi və neft terminalına investisiya yatırdı. SOCAR-ın Fuceyra neft terminalına yatırdığı investisiyanın dəyəri indi bazar dəyərindən iki dəfə baha olaraq qiymətləndirilir.