Aşağıda verilənlərin məqsədi UGE-Lancer şirkəti ilə SOCAR arasındakı əlaqəni açıqlamaqdır.
UGE-Lancer şirkəti ilə 2010 – cu ildə Balaxanı neft yatağı üzrə müqavilə bağlanmışdır. Azərbaycanın böyük üstünlükləri olan dəniz sərvətləri ilə müqayisədə Balaxanı quruda olan və Sovet dövründən qalan köhnəlmiş və dağılmış infrastruktura və hər hansı potensial iddiaçının təmin etməli olacağı əsaslı sosial proqramlara malik olan neft yatağıdır. Nəticədə, bu cür quruda neft yataqları ümumiyyətlə, çox problematik və xarici investorlar üçün cəlbedici olmayan hesab edilir. Bu kontekstdə, SOCAR həm məqsədəuyğun həm də kommersiya baxımından cəlbedici olduğu üçün UGE Lancer şirkətinin təklifini təsdiq etdi. Yatağın işlənməsindən bir neçə il keçdikdən sonra, bu da müqavilə hər iki tərəf üçün kommersiya baxımından cəlbedici müqaviləyə çevrildi. SOCAR – UGE Lancer şirkəti arasındakı danışıqlar prosesi haqqında bütün müvafiq məlumatlar qeydə alınmış və SOCAR – ın investisiyalar departamenti tərəfindən arxivləşdirilmişdir.
HPS sazişinin xüsusi şərtləri on milyonlarla dollar investisiya, neft hasilatının demək olar ki iki qat artırılmasını, infrastrukturun bərpasını və əsas işçi qüvvəsinin saxlanmasını (1000 nəfər işindən çox) tələb edirdi. Bununla yanaşı, podratçı öz öhdəliklərini yerinə yetirməməsi təqdirində, SOCAR və Azərbaycan hökumətinə zəmanət verdi.
UGE-Lancer şirkəti dünyanın ən şəffaf maliyyə mərkəzlərindən biri olan Sinqapurda qeydiyyatdan keçdiyi üçün, şirkət haqqında maliyyə informasiyalar ictimaiyyət üçün açıqdır.
UGE-Lancer Azərbaycan qanunvericiliyinə əsasən imzalanmış HPB sazişinə əsasən podratçı və investor qismində tələb olunan bütün şərtləri və müddəaları yerinə yetirmişdir və SOCAR podratçı qismində UGE-Lancer şirkətinin fəaliyyəti üzrə heç bir iddia və ya iradlara malik deyildir. Əlavə məlumat almaq üçün, birgə müəssisələrə və tender üzrə bu vebsaytın bölməsini oxumanızı xahiş edirik.