Xronika

Aşağıdakıalr SOCAR-a aid hadisələrin bu vebsayta dair xronikası təqdim edir:

1992

  • SOCAR Prezident Fərmanına müvafiq olaraq təsis edildi.

2003

  • Azərbaycan MSŞT-nə (EITI) qoşuldu.

2006

  • Sumato Energy Group tendərdə qalib gələrək, ‘Azeri Light’ xam neftinin satışı kontraktını SOCAR ilə imzaladı.
  • SOCAR özünün birgı müəssisə formatında treydinq strukturunu qurmaq məqsədi ilə bir sıra xarici treudinq şirkətləri ilə danışıqlar aparır.

2007

  • Supra Holdings Ltd (Malta) ana şirkəti altında SOCAR Trading SA birgə müəssisəsi təsis edildi. Həmin şirkətin səhmdarlar strukturu belə müəyyən olundu: 50% SOCAR, 25% Renfrel Holdings (cənab Qolovuşkin) və 25% Heritage General Trading FZE (cənab Əlizadə). Hal-hazırda isə SOCAR Trading SA şirkətinin müstəsna səhmdarı SOCAR Trading Holding Limited şirkətidir (əvvəlki adı Supra Holding Ltd) və onun müstəsna sahibi isə SOCAR-dır.

2008

  • SOCAR Petroleum CJSC birgə müəssisəsi təsis edildi. Həmin şirkətin səhmdarlar strukturu belə müəyyən olundu: 50% SOCAR və 49% A.P. International (cənab Əlizadə).

2010

  • SOCAR Trading SA şirkətinə əlavə maliyyələşdirmə tələb olundu. Həmin şirkətin səhmdarlar strukturu yenidən bu şəkildə müəyyən edildi: 50% SOCAR, 40% Heritage General Trading FZE (cənab Əlizadə) və 10% Renfrel Holdings (cənab Qolovuşkin).
  • SOCAR Trading SA şirkətini əlavə nizamnamə kapitalı ilə təmin etmək savayı cənab Əlizadə həmin şirkətə təminatsız borc verdi.
  • SOCAR Petroleum yanacaq doldurma stansiyalarını işə saldı.
  • UGE-Lancer Balaxanı neft yatağının işlənməsinə dair hasilatın pay bölgüsü sazışını qazandı.

2011 

  • SOCAR Trading SA cənab Əlizadəyə 2010-ci ildə verdiyi borcunu tam olaraq geri ödədi.
  • SOCAR Trading SA səhmdarların pay nisbətinə uyğun olaraq onlara dividentlər ödədi.
  • SOCAR yeni SOCAR International DMCC (BƏƏ) şirkətini təsis etdi. Həmin şirkətin səhmdarlar strukturu belə müəyyən olundu: 50% SOCAR və 50% Petroline DMCC (cənab Əlizadə).
  • Fuceyra saxlama terminalını idarə edən birgə müəssisə təsis edildi. Həmin şirkətin səhmdarlar strukturu belə müəyyən olundu: 45% SOCAR International DMCC (22.5% SOCAR and 22.5% Petroline DMCC), 45% Yaxın Şərqdən olan tərəfdaş və 10% Fujairah Petroleum Company.

2012

  • Fuceyra Terminalının tikinitisinin I-ci Mərhələsi bitdi.
  • SOCAR, Trading SA şirkətində bütün payları tam olaraq geri aldı (Supra Holding Ltd şirkətində payları əldə etməklə).
  • SOCAR International DMCC şirkəti dividentlər elan etdi və SOCAR-a ödədi.  Petroline DMCC (cənab Əlizadə) həmin dividentlərin 90% şirkətin inkişafı üçün SOCAR International DMCC şirkətinə re-investisiya etdi.

2013

  • Yeni MSŞT (EITI) standartı qəbul olundu.
  • SOCAR International DMCC şirkəti dividentlər elan etdi və SOCAR-a ödədi.  Petroline DMCC (cənab Əlizadə) ödədi.  Petroline DMCC şirkətinə 2012-ci ildə şirkətin inkişafı üçün SOCAR re-investisiya etdiyi dividentlər tam olaraq ödənildi.
  • SOCAR və cənab Əlizadə arasında SOCAR International DMCC şirkətində bütün payların SOCAR tərəfindən alınmasına dair müqavilə imzalandı.
  • Fuceyra Terminalının tikinitisinin II-ci Mərhələsi bitdi.
  • SOCAR, SOCAR Petroleum şirkətində digər tərəfin 49% payını A.P. International şirkətini almaqla əldə etdi.